"Qarabağı partizan müharibəsi ilə ala bilərik, erməni güc görməlidir" — Keçmiş dövlət müşaviri

GÜNDƏM 11 may 2019, 18:18

“Ermənistanda təkcə siyasilər yox, hətta orta və aşağı səviyyəli insanlar da milliyyətçilik azarına tutulub və onlarla danışıq aparmağın heç bir mənası yoxdur. Sadəcə olaraq ermənilər güc görməlidirlər. Ermənilər görməlidirlər ki, onların qarşısında duran dövlət itirdiyi torpaqların itirilməsi ilə barışmayacaq”.


Demokrat.az xəbər verir ki, bunu politoloq, keçmiş dövlət müşaviri Qabil Hüseynli “Hürriyyət”ə müsahibəsində deyib. 


O, bildirib ki, bu yolda müxtəlif taktiki veriantlara əl atmaq lazımdır. 


“Uzun müddətdir ki, bir neçə şəxsin dilindən partizan müharibəsi kəlməsi səsləndirilib. Ruslar özü ikinci dünya müharibəsində, elə birinci dünya müharibəsinin özündə xalqlar öz suverenleyini və ərazi bütövlüyünü qorumaq üçün partizan müharibəsindən istifadə ediblər və buna görə də kimsə kimsəni günahlandırmayıb. Buna uyğun olaraq dövlət təxribat qrupları da təşkil edib və onu partizan döyüşçülərin gözünə qatıb”. 


Q. Hüseynli qeyd edib ki, hələ tam döyüşlər həyata keçirmək üçün imkanlar yoxdur, amma həmin yerlərdən qaçqın düşmüş adamların içərisində çoxlu partizan müharibəsi həvəsində olan adamlar var və Azərbaycan dövləti özünün sıravi döyüş qüvvələrinin içərisində xüsusi təyinatlı təxribat qrupları da hazırlayıb, lokal mühariblər yolu ilə işğal edilmiş ərazilərimizin azad edilməsi üçün yavaş-yavaş irəliləyə bilər:


“Bu, sadəcə olaraq bir təklifdir. Amma hər halda bunun vasitəsilə ən azından ermənilərin gəlib Şuşada bayram etməsinə imkan vermərik və yaxud ermənilərin Xankəndinə rahat təyyarə uçuşlarının qarşısını ala bilərik. Bu məsələni hərbi strateqlər daha yaxşı bilərlər. 


Mənə belə gəlir ki, bizə əgər nizami müharibəyə icazə vermirlərsə, əhalinin içərisində olan insanlarla partizan müharibəsinə başlamalıyıq. Məsələn, kəlbəcərlilər öz topağını geri qaytarmaq istəyir. Mənim zənnimcə, kəlbəcərlilərin içərsində  yetərincə partizan müharibəsinə hazır olan insanlar var ki, Murov dağlarından min cür çığırları aşaraq Kəlbəcərə keçməyə hazırdırlar. Eyni şeyləri digər qaçqınlar haqqında da demək olar. Bu müharibənin hazırlanıb həyata keçirilməsinin taktiki variantları üzərində fikirləşməyə dəyər”.


Politoloq bildirir ki, partizan müharibəsi həmişə nizami döyüş aparan orduya çox böyük yardım edib və düşmənə arxadan çox böyük zərbələr vurub:


“Düşmən ərazilərimizdədir. Bizim bu ərazilərdə partizan müharibəsi aparmaq üçün hər cür haqqımız var. Siyasi iradə də bu məsələnin daha dəqiq,  idarə edilən bir şəkildə hazırlanıb həyata keçirilməsinə yardım göstərməlidir.


Rusiya zəifləyə-zəifləyə gedir və getdikcə də maddi məsrəfləri artır. Yəni ona pul lazım olduğu aydın görünür. Bəlkə boğazımızdan kəsək, çörəyimizin yarı hissəsini verək, müəyyən bir məbləğlə Rusiya ilə danışıqlar aparıb, işğal edilmiş torpaqlarımızı qaytarmaq üçün açıq danışıqlar aparsaq, ola bilər nəticə versin. Amma inanmıram ki, belə cəhdlər olmayıb. Belə cəhdlər olubdur, amma belə cəhdlər sürəkli və tələbkar olmalıdır. Rusiyanın proseslərə qatışmamasını heç olmasa təmin etmək lazımdır. Rusiya işə qatışmasa, Azərbaycan öz torpaqlarında anti-terror tədbirləri keçirərək ərazimizin bütövlüyünü təmin edər. Ən azı Rusiyanın neytrallığını təmin etmək üçün müəyyən məsələlər çərçivəsində onunla razılaşmağa çalışmalıyıq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top