"Dövlətimizin başçısını əmin edirik ki,..." — Zakir Fərəcov 66 milyondan DANIŞDI

MARAQLI 11 may 2019, 12:20

“Son illərdə Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Sumqayıt şəhərinə 66 milyon manatdan artıq pul ayrılıb. Bunun da nəticəsində Sumqayıtda genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilib, 650-dən çox yaşayış binasının dam örtüyü əsaslı təmir olunub, 367 lift yenisi ilə əvəz edilib, avtomobil yolları yenidən qurulub”.


Demokrat.az xəbər verir ki, bu Sumqayıt şəhər İcra hakimiyyəti başçısı Zakir Fərəcovun yerli mətbuatda yayımlanan "Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib" yazısında qeyd olunub.


Z. Fərəcov yazıda bildirib ki, İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə şəhərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin mənzillə təmin olunması üçün 12-ci mikrorayon ərazisində 1005, Stansiya Sumqayıt yaxınlığında 1000 mənzildən ibarət yeni yaşayış kompleksinin inşası şəhərin həyatında mühüm hadisələrdir.


Yazıda, həmçinin ölkə başçısı İlham Əliyevin son 16 ildə Sumqayıta etdiyi səfərlərdən, şəhərin inkişafında Azərbaycan prezidentinin xüsusi rolu olduğu vurğulanır.


Bu il Sumqayıtın şəhər statusu almasının 70-ci ili tamam olduğu qeyd edilib: 


"Prezident İlham Əliyevin 14 fevral 2019-cu il tarixli sərəncamı ilə Sumqayıtın 70 illik yubileyi ölkədə geniş qeyd ediləcək. Artıq şəhərimizdə bununla bağlı müxtəlif tədbirlər həyata keçirilməkdədir. Şəhər ictimaiyyətinin hər bir nümayəndəsi inkişafın daha da geniş vüsət almasına töhfə verməyi ulu öndərin xatirəsinə ehtiram nümunəsi olaraq mənəvi borc sayır. Dövlətimizin başçısını əmin edirik ki, qarşımızda dayanan vəzifələri bundan sonra da layiqincə yerinə yetirmək üçün var gücümüzlə çalışacağıq".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top