"NATO-nun Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstəyi çox mühümdür" - Elmar Məmmədyarov

Azərbaycanla NATO 25 ildən çoxdur Avroatlantik regionunda sülhü və təhlükəsizliyi təmin etmək istiqamətində geniş məzmunlu dialoq aparırlar.

 

Bu barədə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına ölkəmizin qoşulmasının 25 illiyi münasibətilə XİN-in rəsmi dərgisi olan “Diplomatiya dünyası”nda dərc olunan məqaləsində bildirib.

 

“Bu gün “Sülh naminə tərəfdaşlıq” proqramına Azərbaycanın qoşulmasının 25 illiyini qeyd edirik. Azərbaycan NATO-nun beynəlxalq sülh və təhlükəsizliyi həm də təşkilatın üzvü olmayan dövlətlərlə tərəfdaşlıq vasitəsilə də təmin etməklə bağlı fəaliyyətini müsbət qiymətləndirir. Bununla bağlı biz Avro-Atlantik regionunda təhlükəsizliyi birgə səylərlə gücləndirməyə yönələn tədbir kimi bu proqramı yüksək qiymətləndiririk. 25 ildən çoxdur Azərbaycanla NATO Avro-Atlantik regionunda sülhü və təhlükəsizliyi təmin etmək barədə geniş məzmunlu dialoq aparırlar. NATO tərəfindən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstək verilməsi çox mühümdür”, məqalədə vurğulanıb.

 

Bu gün Azərbaycanla NATO arasındakı tərəfdaşlıq münasibətlərin ənənəvi hərbi sahə çərçivəsindən çıxıb təhlükəsizlik sektorundakı islahatla bağlı bir çox məsələləri, mülki fövqəladə planlama, elm, ətraf mühitin mühafizəsi, mina fəaliyyətləri, “Qadınlar, sülh, təhlükəsizlik” gündəmi və bir çox digər məsələləri də əhatə etdiyi qeyd olunur.

 

“Azərbaycanla NATO-nun tərəfdaşlığı gələcək baxımdan perspektivli sahədir. Ortaya çıxan yeni-yeni problemlər bu tərəfdaşlığı daha da inkişaf etdirməyi şərtləndirir. Azərbaycan Avro-Atlantik regionunda BMT Nizamnaməsinin, “Sülh naminə tərəfdaşlıq” çərçivə sənədinin prinsip və məramlarına müvafiq olaraq bütün dövlətlərin təhlükəsizlik maraqlarına tam uyğun olan səmərəli təhlükəsizliyin bərqərar olunması istuiqamətində bundan sonra da əməkdaşlıq etmək əzmindədir”, - yazı müəllifi qeyd edib.

 

 

Demokrat.Az

 

 

10 May 2019, 20:16   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß