FHN əsgər görüşündən dönən 5 nəfərin ölümü barədə məlumat yaydı - YENİLƏNİB

HADİSƏ 10 may 2019, 22:00

Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıtda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

 

Demokrat.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində “Mercedes” markalı minik avtomobili ilə “Shacman” markalı yük avtomobili toqquşub.

 

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri “Mercedes” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 5 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

 

***

 

Sumqayıtın Tağıyev qəsəbəsində baş vermiş ağır yol qəzası ilə bağlı bəzi təfərrüatlar məlum olub.

 

Demokrat.Az  ONA-ya istinadən xəbər verir ki, "Shacman" markalı yük maşınının sürücüsü sükan arxasında sərxoş vəziyyətdə olub.

 

Belə ki, "Shacman" markalı yük maşını "Mercedes" markalı minik maşınını vuraraq üstünə çıxıb. Daha sonra minik maşını dərəyə aşıb. Qəza nəticəsində "Mercedes"də olan 5 nəfər ölüb.

 

Qəzadan sonra onun idarə etdiyi yük maşını da yoldan çıxıb və yaxınlıqdakı qəbiristanlığa girib. Sürücü düşüb qaçmaq istəyərkən saxlanılıb.

 

Araşdırma zamanı məlum olub ki, "Mercedes" markalı avtomobildə olanlardan dördü bir ailənin üzvləri imiş və onlar əsgər görüşündən qayıdırmış.

 

 

Demokrat.Az

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top