Nazirlər Kabineti dövlət qurumlarına tələb qoydu

SOSİAL 10 may 2019, 18:51

Baş nazir Novruz Məmmədovun təsdiqlədiyi Azərbaycan dilinin Orfoqrafiya Normaları bütün idarə və təşkilatalara, o cümlədən dövlət qurumlarına, nazirliklərə göndərilib.

 

Demokrat.Az-ın məlumatına görə, xidməti istifadə üçün nəzərdə tutulmuş normalara bu aydan etibarən riayət olunması tələbi qoyulub.

 

Nazirlər Kabineti tərəfindən daxil olmuş təlimatda bütün rəsmi məlumatların yayılması, eləcə də müxtəlif yazışmalarda  Orfoqrafiya Normalarına riayət olunması tələb edilir.

 

Qeyd edək ki, Baş nazir Azərbaycan dilinin Orfoqrafiya Normalarını təsdiqləyib.

 

Qərara əsasən yeni Normaların təsdiqlənməsi ilə əlaqədar Nazirlər Kabinetinin 2004-cü il 5 avqust tarixli qərarı ilə təsdiqlənən  “Azərbaycan dilinin orfoqrafiya qaydaları” ləğv edilib. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top