“BakuBus”ın avtobuslarından kobud qayda pozuntusu - FOTO

HADİSƏ 10 may 2019, 17:25

”BakuBus" MMC-yə məxsus avtobusları kobud qayda pozub. 

 

21 nömrəli avtobus və daha bir ”BakuBus" avtobusu Kövkəb Səfərəliyeva küçəsində əks yola çıxaraq təhlükəli vəziyyət yaradıb. 

 

Sərnişinlərlə dolu avtobusun sürücüsü məsuliyyətsizlik edib və qəzalı vəziyyətin yaranmasına səbəb olub. 

 

Sözügedən mənzərəni DJ Tural (Yusifov) kameraya çəkərək sosial şəbəkədə paylaşıb. O, "Sənə güvəndiyim dağlar", deyə yazaraq yaranmış vəziyyətdən məyusluğunu ifadə edib. (BAKU.WS)

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top