AFFA erməni futbolçunun Bakıya gəlməsinə razılıq verdi

İDMAN 10 may 2019, 16:01

Ermənistan yığma komandasının və İngiltərənin “Arsenal” klubunun yarımmmüdafiəçisi Henrix Mxitaryan Bakıya gəlməyinə icazə veriləcək.

 

Demokrat.Az xəbər verir ki, bu barədə UEFA rəsmiləri məlumat verib.

 

Mayın 29-da Bakı Olimpiya stadionunda Avropa Liqasının finalı çərçivəsində “Arsenal” “Çelsi” ilə üz-üzə gələcək. Mxitaryan Qarabağa qanunsuz səfərlərinə görə Azərbaycanın “qara siyahı”sında salınsa da, final matçına görə AFFA futbolçunun Bakıya buraxılmasına və təhlükəsizliyinin təminatına razılıq verib.

 

 

Demokrat.Az 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top