Popkorn satan oğlan tapıldı

GÜNDƏM 09 may 2019, 14:47

"Azneft" meydanının altındakı yeraltı keçiddə popkorn satan oğlan tapılıb.


Demokrat.az xəbər verir ki, bu haqda millət vəkili Aydın Mirzəzadə məlumat verib. 


Onun sözlərinə görə, bu haqda məlumat verən Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib ki, Təhsil Nazirliyi rəhbərliyinin tapşırığı ilə həmin gənc tapılıb.


Adı Seyfullayev İsrafil Vüqar oğludur, 2002-ci ilin noyabrında Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 17 yaşı var. 2017- ci ildə IX sinfi bitirib. Hazırda təhsil almır, Binəqədidə yaşayır.


“Onun telefonuna zəng etsələr də nömrə şəbəkə xidməti kənarındadır. Gənc arzu edərsə ona peşə məktəbinə qəbul olunmaq təklifi ediləcək, peşə aldıqdan sonra isə daimi işlə təmin ediləcək.


Sağ olun, Təhsil Nazirliyi”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top