"O uşağı oradan çıxarmaq yox, ailəsinə iş tapmaq lazım idi" — YAP-çı deputat həmkarını QINADI

GÜNDƏM 09 may 2019, 13:22

“Azneft” meydanının altındakı yeraltı keçiddə popkorn satan uşağın məsələsi məni çox təsirləndirdi. O uşağı oradan aparatı ilə çıxarmaq yox, ona paltar və məktəb ləvazimatı alıb məktəbə yönləndirmək, ailəsinə isə iş tapmaqda kömək etmək lazım idi.

 

Demokrat.az xəbər verir ki, bunu özünün “Facebook” səhifəsində millət vəkili Aydın Mirzəzadə yazıb.


“Əgər valideynlərin biri yox idisə və ya işləmək qabiliyyətləri yoxdursa, o ailəyə sosial yardım verilməsinə nail olmaq lazım idi. Bütün bunlardan əvvəl isə yaxınlaşıb uşaqdan popkorn almaq lazım idi ki, qoy verdiyimiz puldan ona həmin gün azacıq da olsa pul qalaydı”, - deyə o vurğulayıb.


Xatırladaq ki, bu günlərdə Milli Məclisin deputatı Rasim Musabəyov “Azneft” meydanı ərazisində yerləşən yeraltı keçiddə küçə ticarəti ilə məşğul olan yeniyetmə ilə bağlı etiraz edib. Nəticədə həmin “popkorn” satan yeniyetmə keçiddən uzaqlaşdırılıb. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top