Xəzərdə dəhşətli partlayış — Xarici şirkətin işçiləri ölümcül yaralandı (RƏSMİ)

HADİSƏ 08 may 2019, 22:52

Bakıda "İsrafil Hüseynov" adına gəmidə baş verən partlayış barədə yeni xəbər var. 


 
Bakupost.az-ın əldə etdiyi məlumata görə, partlayış nəticəsində yaralanan şəxslər arasında xarici vətəndaşlar da var. Yaralılardan bir neçəsinin vəziyyəti ağırdır. 


 
Xəzər Dəniz Gəmiçiliyinin mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev hadisə barədə qafqazinfo-ya deyib ki,  "İsrafil Hüseynov" boru düzən gəmisinin borudüzmə zonasında hansısa texnoloji avadanlıqda qəza baş verməsi hadisəsindən xəbərdardırlar: "Gəmi ilə davamlı əlaqədəyik. Heyətdən heç kim xəsarət almayıb. Gəmini hazırda "Saipem” şirkətinə icarəyə vermişik. Qəza baş verən ərazidə həmin şirkətin nümayəndələri çalışırdı.  Bütün məlumatlar və ya işçilərin xəsarət alıb-almaması ilə bağlı məlumatları həmin şirkətdən ala bilərsiniz".
 

 

***

Xəzər Dəniz Neft Donanmasının "İsrafil Hüseynov” adına gəmisində yanğınla müşahidə olunan partlayış baş verib. 
 

Demokrat.Az xəbər verir ki, BakuPost.az-a daxil olan məlumata görə, hadisə nəticəsində 13 nəfər yaralanıb.


 
Məlumata görə, hadisə gəmidə qaynaq işləri aparılarkən baş verib.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top