Tanınmış hüquq müdafiəçisi popkorn satan uşaqla bağlı deputatın fikirlərinə haqq qazandırdı — FOTO

GÜNDƏM 08 may 2019, 19:47

Hümanitar Tədqiqatlar Cəmiyyətinin sədri, tanınmış hüquq müdafiəçisi Əvəz Həsənov Bakıda yeraltı keçiddə popkorn satan uşağı "həyasız" adlandıran və onun vergi ödəməyini tələb edən deputat Rasim Musabəyovun müdafiəsinə qalxıb. 


Demokrat.az xəbər verir ki, Əvəz Həsənov özünün sosial şəbəkə hesabında deputatın fikirlərinə haqq qazandırıb.  


Hüquq müdafiəçisinin fikirlərini təqdim edirik:


"Rasim Musabəyov şəhər adamıdır, piyada gəzir, keçiddən keçəndə sərt qoxu yayan popcorn haqqında yazı yazıb. Təbii ki, öz məntiqi var.


İndi Rasim müəllim kimi intellektual bir adamın üstünə düşüb ona ağıl öyrətmək istəyənlər və təhqir edənlər dönüb bir geriyə baxsınlar və görsünlər ölkəmizdə Rasim müəllim kimi insanlar və siyasi şərhçilər nə qədərdir?


Xırda bir insidentə görə bu qədərmi barışmaz olmusunuz ki, ölkənin kənara çıxmaq bacarığı və şansı olan intellektual bazasını bu qədər hədəfə almısınız?!".


Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top