“Sən əxlaqsızsan, get Elina kimi özünü pəncərədən at öldür” — 175 saylı məktəbdə QALMAQAL

HADİSƏ 08 may 2019, 18:44

175 saylı orta məktəbdə daha bir Elina faciəsi yaşana bilər.

 

Demokrat.az AFN-ə istinadən xəbər verir ki, bir neçə gün əvvəl həmin məktəbdə böyük qalmaqal yaşanıb.


Mənbənin bildirdiyinə görə, 8-ci sinif şagirdi (adları açıqlanmır-red.) olan oğlanlar sinifə spirtli içki və prezervativ gətirib:


“Oğlanlardan biri içkidən içib prezervativi qızlara göstərib. Bir nəfər qızı isə ağır formada təhqir edib, “sən əxlaqsızsan, get Elina kimi özünü pəncərədən at öldür” deyib.


Söhbət valideynlərə çatıb və valideynlər məktəbə gələrək bir-biri ilə dava ediblər. Davada 4 valideyn iştirak edib. Məsələ hüquq-mühafizə orqanlarına qədər gedib çıxıb, hazırda iş məhkəmədədir. Hadisədən sonra direktor Tural Mirzəliyev həmin sinif otağına videokamera qoydurub”.


Mənbəmiz iddia edir ki, hadisə ilə bağlı məlumat Təhsil Nazirliyinə də məlumdur: “Nazilikdən bununla bağlı məktəbə xüsusi komissiya göndərilib, araşdırma aparılıb”.


175 saylı orta məktəbin direktoru T.Mirzəliyev xəbərin tamamilə yanlış olduğunu bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top