Prezident xalq artistinə ev verdi - VİDEO

SOSİAL 08 may 2019, 15:19

Prezident İlham Əliyev Xalq artisti Qurban İsmayılova üçotaqlı mənzil hədiyyə edib.


“Ölkə.Az” xəbər verir ki, bu barədə aktyor özünün video-müraciətində deyib.

 

O, dövlət başçısına minnətdarlığını bildiririb:

 

"Mən bundan öncə birotaqlı, kreditlə olan evdə yaşayırdım. Sonra Cənab Prezidentə ərizə ilə müraciət etdim. Prezident mənim mənzillə təmin olunmağım barədə göstəriş verdi və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən mənə Yeni Yasamalda 3 otaqlı mənzil verildi. Buna görə mən cənab Prezidentə minnətdarlığımı bildirirəm. “
Qeyd edək ki, Q.İsmayılov bundan öncə "Kristal Abşeron”da kreditdə olan birotaqlı mənzildə yaşadığını qeyd edib.

 

Demokrat.Az

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top