İrandan tarixi qərar — 5 ölkəyə 60 sutka vaxt verdi

DÜNYA 08 may 2019, 13:26

Tehran İranın nüvə proqramı üzrə birgə hərtərəfli fəaliyyət planı üzrə bəzi öhdəliklərini qismən dayandırmaq qərarına gəlib. 


Demokrat.az TASS agentliyinə istinadla xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani deyib. 


Onun sözlərinə görə, İran sözügedən planın iki bəndi üzrə şərti yerinə yetirməyi dayandırır: 

"Bunlar bizdə mövcud olan zənginləşdirilmiş uran və ağır suyun satışını 60 sutka dayandırmaqla bağlıdır".


H. Ruhani, həmçimin plan iştirakçılarının öz öhdəliklərini yerinə yetirməyəcəkləri təqdirdə Araqdakı reaktoru modernləşdirmək və uranın zənginləşdirilməsi üzrə işləri bərpa etməklə hədələyib: 


"Digər iştirakçıların bank sahəsi və İran neftinin ticarəti məsələləri üzrə öz öhdəliklərini yetirmək üçün 60 gün vaxtı var. Əgər bu müddət ərzində İranın maraqları nəzərə alınmazsa, biz uranın zənginləşdirilməsi üzrə şərtlərə daha əməl etməyəcəyik və Araqdakı ağır hidrogen reaktorunun modernləşdirilməsini davam etdirəcəyik".


O dəqiqləşdirib ki, plan öz fəaliyyətini dayandırmır, İran isə sazişdən çıxmır: 


"Sazişin beş iştirakçı ölkəsinin (Rusiya, Britaniya, Çin, ABŞ, Fransa, Almaniya) nümayəndələrinə müvafiq məktublar göndərilib. Avropa İttifaqı iqtisadi sahədə İrana verdiyi öz vədlərini indiyədək hələ də yerinə yetirə bilməyib. Vədlər Amerika sanksiyalarından yan keçmək mexanizmlərlə bağlı olub".(Yeniavaz.com)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top