Qəzaya uğramış təyyarə modelinin qadağası üçün 137 min imza toplanıb

DÜNYA 07 may 2019, 21:27

Rusiyada ayrı-ayrı məmurlar yanaraq 41 nəfərin ölümünə səbəb olan “SSJ-100” təyyarəsini tənqid etsə də, rəsmi Moskva həm də müdafiə mövqeyi tutub. Bu təyyarələrdən narazılıq isə böyükdür.


Rusiyada “SSJ-100”-ün uçuşlarının ləğvi üçün petisiya hazırlanıb. Petisiyanı indiyə qədər 137 min insan imzalayıb. “Change.org” saytında say dayanmadan artır.

 

Təşəbbüsün müəllifi Yelena Kuznetsova deyir ki, bu təyyarələr son illər 8 qəzaya səbəb olub. İnsan itkisinə görə Şeremetyevo hava limanındakı hadisə ikinci yeri tutur. 2012-ci ildə “SSJ-100” İndoneziyada dağa çırpılanda daha çox adam həlak olmuşdu.

 

“SSJ-100”-lərin hazırlanmasına Rusiya hökuməti milli təyyarə sənayesinin dirçəlişi kimi baxırdı. Müdafiə mövqeyi tutulması da bu amillə bağlıdır. (Bizimyol.info)

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top