Bakıda yeni metro stansiyası istifadəyə verilir

MARAQLI 07 may 2019, 14:45

2020-ci ildə “Bakı Metropoliteni”nin Bənövşəyi xəttin üçüncü stansiyası istifadəyə veriləcək.


Demokrat.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.


B.Məmmədovun sözlərinə görə, 2018-ci ildə “Avtovağzal” stansiyasından Xocahəsən deposuna aparan tunellərdən biri inşa olunub.


“2018-ci ildə bu tunellərdən biri inşa olunmuşdu. Yaxın aylarda digər tunelin də inşası tamamilə başa çatdırılacaq, yol və digər infrastruktur işlərinin aparılmasına başlanılacaq”

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top