"Baku Medical Plaza"da əməliyyat faciə ilə bitdi

KRİMİNAL 07 may 2019, 13:30

Bakıda xəstəxanada qadın ölüb.


Lent.az-ın məlumatına görə, Xətai rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə şəhər sakini, 1979-cu il təvəllüdlü Lətafət Şirəliyevanın Babək prospekti 92 ünavnında yerləşən "Baku Medikal Plaza" xəstəxanasında ölməsi barəsində məlumat daxil olub. 


İlkin araşdırmalar zamanı,  Lətafət Şirəliyevanın mart ayında adı keçən xəstəxanada keysəriyyə  əməliyyatı ilə doğum etdiyi, aprelin əvvələrində isə ağrıları yarandığı üçün xəstəxanada stasonar müayinəyə qəbul olduğu məlum olub. 


Mayın 6-da isə qadın xəstəxananın reanimasiya şöbəsində vəfat edib.


Xətai rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top