"Belə bir məsələ bizim gündəliyimizdə yoxdur" — MTRŞ sədrindən ANS-lə bağlı AÇIQLAMA

GÜNDƏM 07 may 2019, 12:46

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ANS televiziyasının fəaliyyətinin bərpa ediləcəyi ilə bağlı iddialara münasibət bildirib.

 

N.Məhərrəmli ONA-ya açıqlamasında qeyd edib ki, dünən Baş Prokurorluğun yaydığı məlumat "ANS Müstəqil və Media Yayım Şirkəti"nin fəaliyyətinin bərpası ilə bağlı deyil:
 

"ANS-in yayımı məhkəmə qərarı ilə dayandırılıb. Apellyasiya Məhkəməsinin qərarı ilə ANS-in yayımına xitam verilib. Məsələ bununla da bitib. Belə bir məsələ bizim gündəliyimizdə yoxdur".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top