Klublarımızın avrokuboklarda ilk oyunu - Təqvim

İDMAN 06 may 2019, 23:50

Avrokubokların 2019/2020 mövsümünün təqvimi açıqlanıb.

 

Demokrat.Az  Qol.az-a istinadən xəbər verir ki, Çempionlar Liqası və Avropa Liqasının 1-2-ci təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq. Bununla da klublarımız ilk rəqibini tanıyacaq.

 

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" mübarizəyə 1-ci təsnifat mərhələsindən başlayacaq. Bu mərhələnin ilk oyunları iyulun 9-10-u, cavab matçları 16-17-də keçiriləcək.

 

Avropa Liqasında iştirak edəcək "Neftçi" və "Səbail" də yarışa ilk təsnifat mərhələsindən start verəcək. Bu mərhələnin oyunları isə iyulun 11-18-də keçiriləcək.

 

Azərbaycan kubokunun qalibi ("Qəbələ" və ya "Sumqayıt") mübarizəyə 2-ci təsnifat mərhələsindən qoşulacaq. Bu mərhələnin matçları iyulun 25-də və avqustun 1-də keçiriləcək.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top