Türkiyədə keçirilən seçkilərin nəticələri ləğv olundu

DÜNYA 06 may 2019, 21:32

İstanbulda bələdiyyə seçkiləri yenidən keçiriləcək.

 

“Anadolu” agentliyinin məlumatına görə, bu barədə qərarı Ali Seçki Komissiyası (YSK) açıqlayıb. YSK İstanbul Böyükşəhər bələdiyyə sədri seçkisinin ləğvinə və yenidən keçirilməsinə qərar verib.

 

AKP-nin YSK təmsilçisi Tvitter səhifəsində də bu barədə paylaşım edib: “İstanbul seçkiləri yenilənir, xeyirli olsun”.

 

Seçkilər iyunun 23-də keçiriləcək. 

 

Qərarın elanından sonra CHP Kamal Kılıçdaroğlunun rəhbərliyi altında təcili toplanıb. 

 

Qeyd edək ki, martın 31-də keçirilən seçkilərdə CHP namizədi Əkrəm İmamoğlu 48,79% səslə İstanbul bələdiyyəsinin rəhbəri seçilmişdi.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top