Salam Sarvanın bacısı oğlu intihar edib, ya öldürülüb? — YENİLƏNİB

KRİMİNAL 06 may 2019, 17:22

Şair Salam Sarvanın bacısı oğlu, 22 yaşlı Mikayıl Mehman oğlu Qəmbərovun mayın 4-də intihar etdiyi barədə məlumat yayılmışdı.
 

Bakupost.az-ın məlumatına görə, mayın 4-də xeberle.com saytı yazıb ki, M.Qəmbərov yaşadığı mənzilin beşinci mərtəbəsindən özünü ataraq intihar edib.
 

Xəbərdə bildirilir ki, intiharın səbəbi bilinmir.
 

Qeyd edək ki, şair Salam Sarvan bacısı oğlunun öldürüldüyünü iddia edir.  

 

***


15:41 


Abşeron rayonunda tanınmış şair Salam Sarvanın bacısı oğlu öldürülüb.


Demokrat.az xəbər verir ki, bu barədə Bakupost.az-a şair özü məlumat verib.

 

O deyib ki, hazırda mərhumu doğulduğu Cəlilabad rayonuna dəfn etməyə aparırlar. 


Öldürülən şəxs 22 yaşlı Mikayıl Qəmbərovdur. 


Əlavə məlumat veriləcək. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top