Salah "Barselona" ilə oyuna çıxmayacaq

İDMAN 06 may 2019, 15:30

"Liverpul"un hücumçusu Məhəmməd Salah "Barselona"ya qarşı cavab oyununda meydana çıxmayacaq.

 

Bu barədə "qırmızılar"ın baş məşqçisi Yurqen Klopp məlumat verib:

 

"Salah sabah oynamayacaq. Vəziyyəti yaxşı olsa da, meydana çıxmayacaq".

 
Misirli futbolçu "Nyukasl"la oyunda qapıçı Martin Dubravka ilə toqquşmadan sonra meydanı xərəkdə tərk etməli olmuşdu.

 

Salahla yanaşı, qasığından zədə alan Roberto Firmino da komandasına kömək edə bilməyəcək.

 

"Liverpul" - "Barselona" matçı sabah Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top