Vahid Mustafayev: "ANS tam bəraət aldı"

SİYASƏT 06 may 2019, 14:05

“Ramazan ayının başladığı bu mübarək gündə bir şad xəbəri də bölüşmək istəyirəm. Bir müddət əvvəl Azərbaycan Respublikasının Prokurorluğundan 3 ilə yaxın gözlədiyimiz ANS-ə Tam Bəraət qazandıran Məktub aldıq”. 

 

Bunu ANS Yayım və Media Şirkətinin prezidenti Vahid Mustafayev bildirib.

 

“Məktubda deyilir ki, 2016-ci ilin iyul ayında qardaş Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı Azərbaycanda aparılan təhqiqatlarda ANS Yayım və Media Şirkətinin hər hansı günahının olmadığı tam sübuta yetirildi! Bu o deməkdir ki, ANS Türkiyə və Azərbaycan Xalqı və Dövləti, daim bizə etimad göstərən olkəmizin Prezidenti və daim bizi qoruyan Allah qarşısında təmiz və üzüağ olduğumuzu isbat etdi! 

 

Çingiz demişkən: "Heç kim və heç nə unudulmayacaq!"”, - Vahid Mustafayev vurğulayıb. (Moderator.az)

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top