"Milan"ın yeni baş məşqçisi müəyyənləşdi

İDMAN 06 may 2019, 11:12

"Milan" rəhbərliyi baş məşqçi Cennaro Qattuzo ilə bağlı qərarını verib.

 

Fanat.Az "Il Corriere dello Sport"a istinadən xəbər verir ki, 2017-ci ildən komandaya başçılıq edən 41 yaşlı mütəxəssislə yollar ayrılacaq.

 

Artıq rəhbərliyin komandaya gətirmək istədiyi baş məşqçinin kimliyi də müəyyənləşib. İddiaya görə, "Milan"ı gələn mövsüm hazırda "Atalanta"nı çlışdıran Gian Pyero Qasperini başçılıq edəcək.

 

Qeyd edək ki, 61 yaşlı mütəxəssis "Atlanta"nı 2016-cı ildən çalışdırır. Komanda onun rəhbərliyi altında cari mövsümdə Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparır. Qasperini əvvəllər İtaliyanın "Krotone", "Cenoa", "İnter" və "Palermo" klublarını çalışdırıb.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top