Bələdiyyə seçkilərində FETÖ izinə görə 43 nəfər tutuldu

DÜNYA 05 may 2019, 22:46

Türkiyədə keçirilən bələdiyyə seçkilərində baş vermiş qanunsuzluqlarla bağlı aparılan araşdırma nəticəsində FETÖ terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 43 nəfər saxlanılıb.

 

Modern.az  Türkiyə mediasına istinadən xəbər verir ki, şübhəlilərin ikisinin təşkilatın “ByLock” sosial şəbəkə istifadəçisi olduğu aşkar edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Qeyd edək ki, Türkiyədə martın 31-də keçirilmiş bələdiyyə seçkilərində qanunsuzluqların araşdırılması məqsədilə ölkənin hakim Ədalət və İnkişaf Partiyası tərəfindən Ali Seçki Komissiyasına etiraz məktubu göndərilib.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top