Erdoğan məşhur futbolçunun nikah şahidi olacaq - FOTO

İDMAN 05 may 2019, 21:35

"Arsenal"ın türk ulduzu Mesut Özil nişanlısı Amina Gülşe ilə iyunun 7-də nikah masasına oturacaq.

 

Bu haqda Almaniya nəşrləri məlumat yayıb. Futbolçunun nikah şahidinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan olacağı bildirilib. 


Özilin keçmiş futbolçu dostlarının nikaha qatılmasını istəmədiyindən 7 iyun tarixini seçdiyi iddia edilib. Xəbərə görə, iyunun 8-də Belarus-Almaniya matçı keçiriləcəyi üçün onun sabiq komanda yoldaşları nikaha qatıla bilməyəcəklər. 

 

2 il əvvəl nişanlanan cütlüyün toyu İstanbulda "Four Seasons Bosphorus" otelində keçiriləcək. (Axsam.az)

Prezident futbolçunun nikah şahidi olacaq

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top