İsrailin Qəzzanı bombardman etməsi nəticəsində 9 nəfər həyatını itirdi

DÜNYA 05 may 2019, 17:54

İsrailin Fələstinin Qəzza zolağını havadan bombardman etməsi nəticəsində 9 nəfər ölüb.

 

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü "Al Jazeera" telekanalı məlumat yayıb.

 

Telekanalın məlumatına görə, İsrail hücumunun son qurbanı Qəzza zolağının mərkəzi hissəsində yerləşən Bureyc düşərgəsində raketin partlaması nəticəsində ölən ərəb gənc olub.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top