Bakıdakı dəhşətli hadisənin videosu — ÖLƏN VAR (VİDEO)

KRİMİNAL 05 may 2019, 13:36

Dünən gecə Bakının Səbail rayonunda piyada yol-nəqliyyat hadisəsi zamanı ölüb.


Demokrat.az-ın məlumatına görə, Bayraq Meydanının qarşısındakı yolda Məmmədov Cəmil Məlik oğlu yeraltı piyada keçidindən istifadə etməyərək yolun üstü ilə əks tərəfə keçmək istəyib. 


Bu zaman onu Gürcüstanda qeydiyyatda olan “Chevrolet” markalı avtomobil vuraraq “Hyundai” markalı digər maşının altına atıb. Piyada hadisə yerindəcə keçinib.


Havanın yağışlı olması hadisə vaxtı piyadanın görünməsini çətinləşdirib və o dəhşətli qəzanın qurbanı olub. 


News24.az hadisə yerindən çəkilmiş videonu təqdim edir.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 apr 2024, 22:46
Top