Ronaldo başla 100-cü qolunu vurub

İDMAN 04 may 2019, 19:53

Portuqaliya millisinin və İtaliyanın “Yuventus”unun futbolçusu Kriştianu Ronaldo yubiley qolunu vurub.

 

İtaliya A seriyasının XXXV turunun “Torino” ilə oyunundakı (1:1) qol hücumçunun klub karyerasında başla vurduğu 100-cü top olub.

 

2018-ci ilin yayında İspaniya “Real”ından 100 milyon avroya transfer olunan K.Ronaldo bu qollara 4 klubun heyətində imza atıb. O, “Yuventus” və “Real”dan başqa Portuqaliyada “Sportinq”, İngiltərədə “Mançester Yunayted”in heyətində fərqlənib. (ONA)

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top