Gürcüstan prezidentinin istefası tələbi ilə aksiya keçirildi

DÜNYA 04 may 2019, 17:05

Tbilisidə Gürcüstan Prezidenti Salome Zurabişviliyə impiçment tələbi ilə aksiya keçirilib.

 

"Rusiya işğalçıdır” hərəkatının üzvlərinin təşkil etdiyi "Prezidentə qırmızı kart” şüarlı aksiya dövlət başçısının iqamətgahı qarşısında baş tutub.

 

İştirakçılar əllərində qırmızı kart, "Bizə NATO lazımdır!", "Get Salome, get" şüarları tutaraq fit çalıblar və prezidentin impiçment prosesinin başlanmasını tələb ediblər.

 

Onlar bildiriblər ki, S.Zurabişvilinin Gürcüstanda ABŞ hərbi bazasının yerləşdirilməsinin məqsədəuyğun olmaması ilə bağlı səsləndirdiyi fikir Rusiyanın maraqlarına tam cavab verir.

Qeyd edək ki, "Rusiya işğalçıdır” hərəkatının fəalları analoji şüar və tələblə mayın 2-də Gürcüstan parlamentinin binasında da aksiya keçiriblər. ("Report")

 

 

Demokrat.Az

 


  

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top