Rusiya Türkiyəni Su-57 döyüş qırıcıları ilə təmin etməyə hazırdır

DÜNYA 04 may 2019, 11:47

“Rusiya Türkiyəyə beşinci nəsil Su-57 döyüş qırıcılarını tədarük etməyə hazırdır”.


Demokrat.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın “Rostex” dövlət korporasiyasının baş direktoru Sergey Çemezov bildirib.


“Türkiyə tərəfi sözügedən Rusiya texnologiyasına maraq göstərərsə, böyük məmnuniyyətlə bu təklifi qəbul edərik. Digər texniki məsələlər gələcəkdə tərəflər arasında razılaşdırıla bilər “, – deyə Çemezov əlavə edib.


Rusiya tərəfi artıq Su-57 qırıcılarının ixracını təsdiq edən sənədlərin hazır olduğunu açıqlayıb.


“Rostex”-in direktoru onu da bildirib ki, Rusiya tərəfi eyni zamanda hava müdafiə sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır.


S.Çemezov əlavə edib ki, rəsmi Moskva Ankara ilə “C-500 Prometey” hava müdafiə sistemi layihəsi üzrə tərəfdaşlığı dəstəkləyir.(ONA)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top