Bakıda “Toyota Land Cruiser"in əzdiyi maşınlar — VİDEO-FOTOLAR

MARAQLI 03 may 2019, 16:15

Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonu, 6-cı mikrorayon, Cavadxan küçəsində “Toyota Land Cruiser" markalı avtomobil parklanma yerində yüksək sürətlə hərəkət edərək 12 maşına ciddi  ziyan vurub.


Unikal.org-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hazırda “Toyota Land Cruiser" markalı avtomobilin vurduğu maşınlar hadisə yerindən aparılmayıb.


Sakinlərin verdiyi məlumata görə, hazırda polis tərəfindən saxlanılan “Toyota Land Cruiser​​​​​​​"in sürücüsü həmin binada kirayə qalır. Avtomobil özünə məxsus olmayıb. Sürücü qəzanı törədərkən sərxoş vəziyyıtdə olub.


Faktla bağlı araşdırma aparılır.

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top