Dünyada bir ilk daha — Dronla donor böyrək çatdırıldı

MARAQLI 03 may 2019, 00:45

Ənənəvi metodlar ilə müqayisədə dronlar donor orqanlarını resipientlərə daha tez çatdıra bilər. Bu da təyinat məntəqəsində orqanların hələ də “yararlı” olma ehtimalını artırır.

 
BUTA.WS-in məlumatına görə, hadisə ötən həftə ABŞ-da yaşanıb. Belə ki, dron xəstəxanaların birindən beş kilometr uzaqlıqda yerləşən Merilend Universitetinin Tibb Mərkəzində işləyən cərrahlara donor böyrəyi çatdırıb. 


Daha sonra orqan böyrək çatışmazlığından əziyyət çəkən pasiyentə uğurla köçürülüb. Bu, dronların orqanın köçürülmə əməliyyatına çatdırılması üçün istifadə edildiyi ilk hal olub.


Dronlar və donorlar


Pesipient 44 yaşlı Baltimor sakini olub. Bu qadın prosedurdan əvvəl yeddi il dializdən keçib. Bir neçə gündən sonra onun xəstəxanadan çıxmasına icazə veriblər.  


Dron sabitliyi təmin etmək üçün səkkiz ədəd rotorla təchiz edilib. Uçuş zamanı orqanın ən yaxşı vəziyyətdə saxlanması üçün universitetdə xüsusi aparat yaradılıb. Həmin aparat temperatur, atmosfer təzyiqi, hündürlük, vibrasiya və yeri ölçə və müəyyən səviyyədə saxlaya bilir.


Sınaqdan əvvəl tədqiqatçı qrup fiziki məhlul, qan ehtiyatı və başqa materialları hazır saxlayıb. Yeri gəlmişkən, birinci dəfə deyil ki, dron əsaslı şəkildə nəzarət edilən şəraitdə saxlanılmalı olan tibbi təyinat predmetlərinin çatdırıması üçün istifadə edilir. Məsələn, dronlar artıq Qanaya dərman və Vanuataya vaksinlərin tədarükündə istifadə edilib. 
 

Lakin orqan daşıması xüsusilə həssas məsələdir. Orqanlar bədəndən kənarda yalnız bir neçə saat sağ qala bildiyi üçün vaxt seçimi həlledici əhəmiyyət kəsb edir. Ola bilsin, verilmiş halda yeganə normal qərar dronlar olacaq.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top