"Neftdən kəskin asılı olan ölkələrdə daha ağır böhran dalğası görəcəyik" — İqtisadçıdan PROQNOZ

İQTİSADİYYAT 02 may 2019, 21:13

“ABŞ-da neft hasilatı tarixi rekordunu təzələdi – günlük 12 mln. 300 min barelə çıxdı. Bu gün ABŞ neft hasilatında dünya birincisidir, cəmi 3 il öncə hasilat günlük 8 mln. 600 min barel idi”. 


Demokrat.az xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli sosial şəbəkədki səhifəsində yazıb.


O bildirib ki, 36 aya günlük hasilat 4 mln. 700 min barel artıb və bu, OPEC və Rusiyanın qiymətləri artırmaq üçün azaldığı günlük hasilatdan 3 dəfə çoxdur:


“Yaxın 2 ildə ABŞ hasilatı günlük 15 mln. barelə çıxardacaq, Venesuela, Liviya və İran məsələləri də həll olunsa (həll olunacaq da) dünya neftdə üzəcək. Bu 3 ölkənin potensialı tam istifadə olunsa dünya bazarına əlavə 10 mln. barel neft daxil olacaq. 


Çox böyük ehtimal 2020-ci ilin sonu, 2021-ci ilin əvvəllərində biz neftin qiymətində çox ciddi azalma görəcəyik, qiymət 40 dollar civarında olacaq. Qaz qiymətlərinin də formula uyğun neftə bağlı olduğuna görə, bu əmtəənin də qiyməti kəskin düşəcək (Bu gün olan qiymət iqtisadi qiymət deyil, siyasi və hərbi riskləri də üzərinə alan qiymərdir). 


Cəmi 2 ilə iqtisadiyyatları neftdən kəskin asılı olan ölkələrdə yeni, daha ağır böhran dalğası görəcəyik. Azərbaycan ölkə olaraq qazandığı hər 10 manatın 9 manatını neftə-qaza görə qazanır, bu anlamda dünyada neft-qaz qiymətlərindən ən çox asılı ölkə bizik, deməli, ən ağır böhran da bizdə olacaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top