Bakıda Qarabağ və Kərkük problemi müzakirə edilib — FOTOLAR

MARAQLI 02 may 2019, 20:32

Bu gün Türk dünyasının tanınmış simaları Qarabağ və Kərkükün taleyi üçün Bakıda bir araya gəliblər.

 
Demokrat.az xəbər verir ki, Azərbaycan Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi” (TÜİB), Azəri-Türk Qadınlar Birliyi, Azərbaycan-Türkiyə Evi (ATEV), Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və "Yeni Çağ” Media Qrupunun təşkilatçılığı ilə gerçəkləşən "Türk dünyasının gələcəyində Kərkük və Qarabağın yeri: Geosiyasi çağırışlar və perspektivlər” Beynəlxlaq Simpoziumunda Azərbaycan, Türkiyə və İraqdan millət vəkilləri, ictimai-siyasi xadimlər, tarixçilər, QHT və media mənsubları iştirak ediblər.


Simpoziumu giriş sözü ilə açan ATEV sədri Tənzilə Rüstəmxanlı tədbir iştirakçılarını salamlayaraq, onlara qatıldıqları üçün minnətdarlığını bildirib. 


O, qeyd edib ki, simpoziumun bu günə təyin edilməsi təsadüfü deyil:


"Bu qərarı dəyərli aydınlarımızla məsləhətləşərək verdik. Sabah isə Türk milli oyanış günüdür. Biz o tarixi hər il qeyd edirdik. Ancaq bu il o tarixi belə bir miqyaslı bilimsəl tədbir çərçivəsində də qeyd edəcəyik.


Bu simpoziumda Kərküklə Qarabağın seçilməsi təsadüfi deyil. Hər ikisi Türk dünyasının qanayan yarasıdır. Kərkük Azərbaycanın qardaşı deyil, Kərkük bizimdir, özümüzündür, Azərbaycanın səsidir”.


Tənzilə Rüstəmxanlının salamlama çıxışından sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Ardınca Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.


Sonra çıxış edən İraq Türkmən cəbhəsinin rəhbəri, Kərkükdən millət vəkili olan Ərşad Salihi bildirib ki, türklər əsarəti qəbul edən millət deyil:


"Biz əsarəti qəbul etmədiyimiz üçün bayrağımız hər zaman yüksələcək. Orta Asiyada sıxışdırılan türklər heç vaxt əsarəti qəbul etmir. Biz əminik ki, əsarəti sevməyən Azərbaycan türkləri də bir gün Qarabağı işğaldan azad edəcək”.


Qeyd edək ki, iki gün davam edəcək tədbirdə İraq Türkmən Cəbhəsinin lideri, Kərkük millət vəkili Ərşad Salihi ilə yanaşı, VHP sədri Sabir Rüstəmxanlı, AMİP-in lideri Etibar Məmmədov, millət vəkilləri və tanınmış ictimai-siyasi xadimlər başqaları da iştirak ediblər.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top