“Sədərək” “Sabah”a sponsor oldu

İDMAN 02 may 2019, 17:03

"Sabah” yeni sponsor müqaviləsi bağlayıb.

Fanat.Az xəbər verir ki, "Sədərək” Ticarət Mərkəzi bundan sonra paytaxt təmsilçisinin sponsorlarından olacaq.
 
Müqaviləyə əsasən, ticarət mərkəzinin reklamları klubun rəsmi veb səhifəsi, sosial media hesabları ilə yanaşı, komandanın ev oyunlarını keçirdiyi "Əlincə Arena”nın müxtəlif yerlərində də əks olunacaq.
 
Bundan əlavə, əməkdaşlıq çərçivəsində sağlam həyat tərzinin təbliği və ölkə futboluna marağın artırılması istiqamətində birgə layihələrin həyata keçirilməsi nəzərədə tutulub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top