Medvedyev Paşinyanı lağa qoydu - VİDEO

DÜNYA 01 may 2019, 23:49

Rusiyanın baş naziri Dmitri Medvedyev Ermənistanın baş naziri Nikol Paşinyana lağ edib. Diplomatik etiketə uymayan kuryoz hadisə bir gün əvvəl Yerevanda baş verib.

 

İclas zamanı Paşinyan “ başqa sual yoxdursa, biz keçə bilərik”,- deyə Medvedyevin üzünə baxaraq pauza verib. Medvedev isə gülərək “Yox. Hara keçək?” deməklə Paşinyanı çaşdırıb.

 

Paşinyan  ətrafdakıların gülüşündən pərt olaraq “ Sənədlərin imzalanması proseduruna”,- deyə cavab verib.

 

Rusiya nümayəndə heyəti bu anları gülüşlə qarşılayıb. Ermənistanda sosial şəbəkələrdə yayılmış bu videogörüntülərdə Medvedevin Paşinyanı qəsdən pərt etməsi hiss olunur.

 

Qeyd edək ki, Dmitri Medvedyev Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin (Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan və Ermənistan) Hökumətlərarası Şurasının iclasına qatılmaq üçün aprelin 29-da Yerevana səfər edib. 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top