Fransada 150 mindən artıq nümayişçi etiraza çıxdı

DÜNYA 02 may 2019, 00:08

Fransada "Əmək günü" ilə əlaqədar keçirilən nümayişlərdə 151 min nəfər iştirak edib.
 

Demokrat.Az xarici mediaya istinadən xəbər verir ki, Parisdəki nümayişlərdə iştirak edənlərin sayı 16 min təşkil edib.
 
  
Məlumatlara görə, nümayişlər zamanı 249 nəfər saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları və nümayiş iştirakçıları arasında qarşıdurmalar yaşanıb. Nümayişçilər Parisdə İtaliya meydanının yaxınlığında maşına od vurublar.

 

Demokrat.Az

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top