“Kişi qadından üstün olmalıdır” — Nigar Camal

ŞOU-BİZNES 01 may 2019, 19:41

"Eurovision 2011" qalibi Nigar Camal "Dalğa" TV-də yayımlanan "Gün ortası Zümrüdlə" proqramının qonağı olub.


Demokrat.az axşam.az-a istinadən xəbər verir ki, o, veriliş zamanı kişi və qadın hüquqlarınının bərabərliyindən söz açıb.


Müğənni söyləyib ki, hər iki cinsin eynihüquqlu olmasını qəbul etmir:


"Son zaman eynihüquqlu olmaqdan söz düşür. Düşünürəm ki, bu, ailədə belə olmalı deyil. Kişi daha üstün olmalıdır. Eynihüquqlu olmaq, qadının da kişi kimi olması deməkdir, bu, mənim xoşuma gəlmir".


Qeyd edək ki, bir müddət öncə Əməkdar artist Röya Ayxan da kişinin qadından daha üstün olmasını dəstəklədiyini demişdi.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top