“Dini bilgiləri dövlət verməsə, vətəndaşlar başqa mənbələrdən əldə edəcəklər” — Rektor

GÜNDƏM 01 may 2019, 14:20

“Bu gün Azərbaycanda dini təhsilin tədrisi üçün kifayət qədər təcrübəli ilahiyyatçılarımız var”.


Demokrat.az xəbər verir ki, bunu AzEdu.az-a açıqlamasında Azərbaycan İlahiyyat İnstitutunun rektoru, fəlsəfə doktoru Ceyhun Məmmədov deyib.


Qeyd edək ki, 2019-2020-ci tədris ilindən IV-VIII sinif şagirdləri üçün dini biliklərin daha geniş şəkildə yer aldığı təkmilləşdirilmiş “Həyat bilgisi” dərsliklərinin tədris edilməsi nəzərdə tutulub.


“Multikulturalizmə giriş” fənni kimi isə  ali məktəblərdə bu istiqamətli mövzular tədris olunacaq.


Bu mövzu cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb və  müxtəlif fikir ayrılıqlarına səbəb olur:

Cəmiyyəti həm də bu sual düşündürür: əgər belə bir qərar təsdiqlənsə, dini məsələləri tədris edə biləcək kadrlarımız varmı?


Azərbaycan İlahiyyat İnstitutunun rektoru  bu məsələdə çox nikbindir:


“Bu günə kimi əvvəllər təkcə Bakı Dövlət Universitetinin strukturunda fəaliyyət göstərmiş İlahiyyat fakültəsində 1000-ə yaxın Azərbaycan vətəndaşı təhsil alıb. Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə yaradılan Azərbaycan İlahiyyat İnstitutunun əsas məqsədlərindən biri bu sahədə peşəkar mütəxəssislər yetişdirməkdir.


Bu bilgiləri dövlət verməsə vətəndaşlar başqa mənbələrdən əldə edəcəklər.


Söhbət ümumi bilgi və məlumatların verilməsindən gedir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top