"Məhəmməd Əminə qarşı bu münasibəti vicdansız məmurlar yaradır" — Tarixçi alimdən Rəsulzadə ilə bağlı ÇAĞIRIŞ (FOTO)

MARAQLI 30 apr 2019, 17:29

Tanınmış tarixçi alim Dilavər Əzimli Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin baxımsız vəziyyətdə olan abidəsinin yenidən qurulması ilə bağlı Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Elçin Babayevə çağırış edib. 


Demokrat.az xəbər verir ki, Dilavər Əzimli ayrı-ayrı məmurların Məhəmməd Əmin Rəsulzadə şəxsiyyətinə laqeyd yanaşmasından şikayətlənib:


Tarixçi alimin fikirlərini təqdim edirik:

 

Related image


"Bu sütunu 1992-ci ildə Böyük Məhəmməd Əminin heykəlini ucaltmaq üçün qoymuşdular. O zamandan neçə il keçib? Bu bizim münasibətimizdir. Biz belə millətik. Unutqan, vəfasız Millət olaraq formalaşsaydıq, belə olmazdıq. Tayfa təfəkküründən uzağa getmədik. İnsanların haqqını unutmazdıq. Bu kişinin haqqını unutmaq günahdır. Allah bağışlamaz. Universitetin yaradılmasında böyük xidməti olubdur. Başa düşün, onun heykəli könüllərdir. Biz bu cür münasibətlərə görə torpaqlarımızı itirdik. Sonda qeyd edim ki, bu münasibəti vicdansız məmurlar yaradır. Onlar burada heykəli ucaltsa, ölkə rəhbəri nə deyəcək ki?".


Zaur Hacılı
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top