Venesuelada çevriliş başladı — YENİLƏNİB (VİDEO)

DÜNYA 30 apr 2019, 17:13

Venesuela höküməti müxalifət tərəfə keçmiş bir qrup hərbçinin planlaşdırdığı hərbi çevriliş cəhdini yatırmaq üçün müvafiq tədbirlər görməkdədir. 


Demokrat.az xəbər verir ki, bu haqda Venesuelanın informasiya naziri Xorxe Rodriges “Twitter” səhifəsində məlumat verib. 


Onun sözlərinə görə, həmin qruplaşma Karakasın La-Karlota aviabazası yaxşılığında yerləşən yol qovşağına toplaşıb. 


Müxalifət lideri Xuan Quaydo və onunla bərabər hərbi formada olan 70 nəfərə qarşı gözyaşardıcı qazın tətbiq olunduğu bildirilir.


15:00


Venesuelanın müxalifət lideri Xuan Quaydo ordunu hazırkı prezident Nikolas Maduronu devirməyə səsləyib. 


O, çağırışını “Twitter” hesabında yayımlayıb. Quaydo Venesuelada çevrilişin başlandığını açıqlayıb. 


X.Quaydo Karakasın sabiq bələdiyyə sədri Leopoldo Lopezi ev dustaqlığından azad edib. Lopez Maduroya müxalif şəxslərdən biridir. 


Məsələ ilə bağlı açıqlama verən Venesuela hökuməti çevriliş cəhdinin başlandığını təsdiqləyib və hazırda bunun qarşısının alınması üçün işlərin getdiyini bildirib. 


Xatırladaq ki, Venesuelada siyasi-iqtisadi vəziyyət yanvarın 23-dən etibarən kəskinləşib. Belə ki, kütləvi etirazlar fonunda X.Quaydo özünü ölkənin müvəqqəti prezidenti elan edib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top