"Bizim mahnı porno mahnısı deyil ki,..." — Çılpaq qızların oxuduğu mahnı ilə bağlı ETİRAZ

GÜNDƏM 30 apr 2019, 16:22

Tanınmış prodüser Ataş Hüseynov bu yaxınlarda daha üç xanımın çılpaq şəkildə meyxanaçı Aydın Saninin oxuduğu “Namə” mahnısına xoşagəlməz hərəkətlər etməsindən danışıb. 


Demokrat.az-ın xəbərinə görə, prodüser BUTA.WS-ə açıqlamasında deyib ki, prodüseri olduğu Aydın Saninin “Namə” mahnısını lüt xanımların oxuması onların adına qəbahət kimi qəbul edilməməlidir:


"Hansısa 3 pozğun bu mahnını oxuyursa, bu o demək deyil ki, burada səhv mahnı seçimidir. Bu o deməkdir ki, mahnı yaxşı tutub. Üzr istəyirəm, bizim mahnı porno mahnısı deyil ki, ancaq yüngül təbiətli adamlar bunu oxusunlar. Əgər bu mahnı paylaşılırsa, tutubsa, deməli partladıb. Ona görə də hazırda bu mahnı dillər əzəbəridir. Uşaq da, böyük də bu mahnını zəbər bilir. 
 

O üç nəfər qız Zeynəb Xanlarovanın, Şövkət Ələkbərovanın da mahnısını oxuya bilərdilər. Əgər mən "Nəbinin bığları eşmə-eşmədir" mahnısını oxuyaraq, hansısa porno hərəkətlər edirəmsə, bu, nə mahnıya, nə də onun müəlliflərinə xələl gətirmir. Bunu başqa cürə yozmaq düzgün deyil".   

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top