Mahir Mədətovun atası boşanmamış nişanlandı — FOTOLAR

MARAQLI 30 apr 2019, 15:51

Şou-biznesin məşhur cütlüyü prodüser Anar və Elnurə Mədətovlar ayrılıb. 


Demokrat.az-ın axşam.az-a istinadən verdiyi məlumatına görə, bir müddətdir ayrı yaşayan cütlük boşanma ərizəsini də məhkəməyə təqdim edib. 


Maraqlı məqam isə odur ki, Anar hələ rəsmi boşanma olmamışdan əvvəl evlənməyə hazırlaşır. 


A.Mədətov uzun müddətdir Samirə adlı xanımla sevgilidir. Prodüser vizajist sevgilisi ilə evlənməyə hazırlaşır. Hətta ötən gün onların xına mərasimi də baş tutub. 


Elnurə və Anarın ayrılması övladlarını da sarsıdıb. Keçmiş cütlüyün futbolçu oğlu Mahir Mədətov buna görə atası ilə danışmır. O, hətta boşandıqdan sonra atasının soyadından imtina edib, anasının soyadına keçməyi istəyir.


Qeyd edək ki, Elnurə də əvvəl prodüser kimi fəaliyyət göstərirdi. Hazırda isə o, məşhur mağazalardan birinin rəhbəridir.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top