"Fuad Muradovdan 1 ildə yəhudilərin Musa Peyğəmbərdən əldə etdiyi nəticələri gözləmək də məntiqsiz olardı" — Bizi nələr gözləyir?

TƏHLİL 29 apr 2019, 18:31

Azərbaycanlılar arasında hərdən mənşəyi bəlkə də özümüzə aid olmayan "ata sözləri” adı altında elə deyimlər var ki, onlar mifləşərək hətta yerişimizə də müdaxilə edir, bəzən də şikəst edir. Məsələn, "iki qoçun başı bir qazanda qaynamaz”, "palaza bürünüb el ilə sürün”, "adam da elektrikdir, iki faza birləşəndə "zamkaniya” verər” və sair. Yeri gəlmişkən, sonuncu deyim bizim fizika elminə heç kimin ver bilməyəcəyi bir "töhfə”dir”. Biz axı sözə dəyər verən xalqıq...


Elə bu dəyər verməyin aşırılığı biz azərbaycanlıları nəinki komanda idman oyunlarında, elə dünyada birgə hərəkatda da birləşməyə mane olub. Dəfələrlə bu haqda yazmışıq, faktlar göstərmişik ki, 100 il əvvəldən dünyaya səpələnən azərbaycanlıları vahid qüvvə halında birləşməyə mane olan nədir, nələrdir..


Və ikinci dəfə müstəqillik qazandıqdan sonra bu istiqamətdə problemlərin aradan qaldırılması üçün dövlət tərəfindən stimulverici hansı addımlar atılması da dəfələrlə qeyd olunub. Xüsusilə də Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin ikinci dəfə hakimiyyətə dönüşündən sonra dünya azərbaycanlılarının birləşməsi istiqamətində də gördüyü köklü işlər, Diasporla İş üzrə Dövlət Komitəsinin əsasını qoyması, həyata keçirdiyi qərarlar artıq diaspor və lobbiçilik üçün vahid konspesiyadır.
 

Azərbaycanın hazırkı prezidenti İlham Əliyevin də apardığı çoxşaxəli və uğurlu siyasətin tərkib hissəsi kimi diaspor, dünya azərbaycanlılarının vahid güclü qüvvəyə çevrilməsi də prioritet sahələrdəndir. Azərbaycan həqiqətləri, dövlətçiliyin və milli mənsubiyyətimizin daha böyük arenada tanıdılması bütün qərarlarda başlıca amaldır.
 

1 ilin akkordları...


Məhz bu qərarların tərkib hissəsi olaraq ötən ilin aprel ayında Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi dəyişdirilərək nisbətən gənc, beynəlxalq yanaşmalarda daha müasir əsaslarla təcrübəsi olan Fuad Muradov sədr təyin olundu. Ardınca Prezident tərəfindən Diaspora Dəstək Fondu yaradıldı və sair. Yəni dövlət başçısı dayanmadan zamanın tələbinə uyğun olaraq diasporu diqqət mərkəzində saxlayır.
 

Azərbaycan diasporu, dünya azərbaycanlılarının güc olaraq birləşməsi daim problemlərlə müşahidə olunub. Bunun da əsas səbəbi yuxarda misal çəkdiyimiz kimi düşüncə tərzi, yanaşmalardır. Son bir ildə bəs bu yeniliklərdən sonra problemlər nə qədər aradan qalxıb?
 

İnsafən deyək ki, F. Muradov işə həvəslə başladı. Komandasını yanına alıb strateji əhəmiyyət daşıyan ölkələrə - Fransaya, Almaniyaya, Niderlanda, Ukraynaya, Rumıniyaya, İsveçə və ABŞ-a ardıcıl səfərlər edərək, azərbaycanlılarla görüşdü, bu ölkələrdə diaspor təşkilatlarının Koordinasiya Şuralarının yaradılmasına dəstək verdi. Fransada, Almaniyada, Skandinaviya ölkələrində və Ukraynada artıq bu şuralar yaranaraq ölkə üzr təşkilatlar özündə birləşdirdi. Küsənlər barışdı, hətta küsülü olmayanlar da həvəsə gəlib barışıq tədbirləri keçirdi.
Sanki azərbaycanlıların şuralarda birlşəmə kimi yeni tendensiyası yeni bir diaspor hərəkatını təxəyyüldə formalaşdırmağa başladı. Artıq həmən ölkələrdə "sənin-mənim” yox, "bizim” anlayışı yaranmağa başlayır. Bəs sonra?
 

Diaspor Komitəsinin rəsmi saytından tutmuş dünyadakı diaspor təşkilatlarala əlaqə vasitələrinə qədər hər şey yeniləndi: Diaspor TV, Diaspor FM yaradıldı, diasporda əsas onurğa sütunu olan informasiya mexanizmi yeniləndi və gücləndərilməyə başlandı, ilk dəfə olaraq xaricdəki azərbaycanlı gəncləri Azərbaycana çağırıb toplayaraq yay düşərgələri keçirilməyə start verildi, bəzi ölkələrdə yeni təqdimatlar keçirildi, xaricdəki əcnəbi tanınmşlarla, digər xalqların lobbiləri ilə, media şəbəkələri ilə işlənməyə başlandı, Fransada məktəb yaradıldı, başqa ölkədə "Qarabağ” futbol klubu təsis edildi və sair. Bu belə də davam edir hələ ki...Bəs bu addımlar mövcud DİASPOR PROBLEM-i adlı məsələni nə qədər həll etdi? Şuralarda birləşdikcə bizi nə gözləyəcək?

 

Image result for Fuad Muradov Ramiz Mehdiyev
 

Onlar bizdən nə gözləyir?
 

Əlbəttə Fuad Muradovdan 1 ildə yəhudi qardaşlarımızın Musa Peyğəmbərdən əldə etdiyi nəticələri gözləmək də məntiqsiz olardı. Amma bütün hallarda atılan addımlar hərəkətlilik yaradacaq qədər diqqət çəkibsə, ümid edək ki əsaslı həlledici nəticələr də verəcək. Çünki illərdir sual olunur ki, niyə filan ölkədə inzibati orqanlarda düşmən xalqın nümayəndələri çoxluq təşkil edir, amma biz yoxuq? 


Niyə filan ölkədə azərbaycanlıları əzdilər, amma səsimiz çıxmadı? 
 

Niyə filan ölkədəki seçkilərdə az qala bütün millətin nümayəndələri qalib gəldi, amma bir nəfər də azərbaycanlı yoxdur? Və sair və ilaxır.
 

Suallar cavablar gözləyir, bəylər. Məsələn, dünyanın bir sıra strateji ölkələrində azərbaycanlıların yerli siyasi və qanunverici orqanlarda təmsilçiliyi və bunun kütləviləşməsi, xarici ölkələrin yerli mətbuat və informasiya vasitlərinə nüfuz edilməsi, tribunaların əldə edilməsi, strateji ölkələrin yerli elm və siyasət adamları ilə müştərək addımların atılması, xüsusilə dünyada yetişən yeni nəsil azərbaycanlı gənclərdən bəhrələnilməsi və sair bu sualların cavablarına yardımçı olardı. Məhz bu amillər elə ən strateji məqamlarda Azərbaycanın və azərbaycanlıların mövqeyinin üstünlüyünü təşkil edərdi. Xüsusilə bu sadalananların reallaşmasın gün o gün olardı ki, xaricdəki diplomatik korpuslarımız tam olaraq diasporla vahid qüvvə halında addımlayardı. Buna potensialımız da var. 

 

Image result for Fuad Muradov Ramiz Mehdiyev
 

Məsələn, Moldovada, Qazaxıstanda, Belçikada, Baltikyanı ölkələrdə və daha bir neçə ölkədə diplomatik korpuslarımızla diasporumuz möhkəm yumruq kimidir. Vurduqları "bir daha ayağa durmaz” - Çəkici bir nöqtəyə vururlar.
 

Ümumiyyətlə, dünyada başımıza gələnlərlə bağlı digər xalqların nümayəndələrinin baxışları da maraqlı olardı. Məsələn, Skandinaviya ölkələrində Ümumfinlandiya Rusiyalılar Şurasının rəhbəri Aleksandr-Yudin Lazarev soruğumuza cavab olaraq bildirir ki, daim bu bölgədə yaşayan azərbaycanlılarla fəal əməkdaşlığa hazırdırlar. Maraqlıdırlar: "Son vaxtlar biz yaşadığımız bölgədə azərbaycanlıların yeni sferalarda fəallığını müşahidə edirik. Çox yaxşı olardı ki, bu hərəkətlilik ciddi nəticələrlə müşahidə olunsun. Bu, bizim azərbaycanlılarla birgə əməkdaşlığa marağımızı artırır. Məsələn, Ülviyyə Cabbarova azərbaycanlılar arasında son vaxtlar fəal gənc liderlərdəndir. Biz də istənilən xalqın nümayəndləri ilə güclərimizi bölüşməyə hazırıq”.

 
Avropada aparıcı təşkilatladan olan Ukrayna Yəhudi Fondunun prezidenti Roksana Qamarnik hətta bir azda irəli gedərək deyir ki, azərbaycanlılar nəinki Ukraynada, bütün şərqi Avropada yəhudilərlə birgə çox ciddi işlərə imza ata biləcək böyük potensiala malikdirlər: "Bizi çox sevindirdi ki, Ukraynada azərbaycanlılar birləşərək vahid Rada yaratdılar. Bu, yaxşı ənənədir, amma davamlı olmaq şərtilə. Çünki Ukraynada potensial azərbaycanlılar var. Məsələn, Azərbaycan diaspor təşkilatı rəhbərlərindən Rövşən Tağıyev eyni zamanda Millətlər Assambleyası yaradıb və biz də orda təmsil olunuruq. Dediyim kimi, mövcud potensial var ki, siyasət də daxil olmaqla müxətlif sahədə birgə işlər görə bilərik”.


Almaniya Çeçenləri İcması və Alman-Qafqaz İcmasının rəhbəri Rəhmad Duşuyev isə bildirib ki, Avropada, xüsusilə Almaniyada azərbaycanlı qardaşların problemləri onların problemi, sevinci onların sevincidir: "Azərbaycanlıların biz yaşadığımız ölkədə fəallığı, birləşməsi bizim qardaşlarımızın güclü olması deməkdir. Bu bizi sevindirir. Biz birlikdə Xocalı soyqırımından tutmuş bütün Azərbaycan həqiqətlərini yaymağa hazırıq. Yetər ki azərbaycanlılar daim bu işdə belə fəal ola bilsinlər, lazımı sahələr var ki ora nüfuz edə bilsinlər”.


Görürsünüz, tək özümüzün yox, qardaş xalqların da bizdən gözləntisi çoxdur. Bu siyahını digər dost xalqlar üzərindən uzatmaq da olardı. Gözləntilər eynidir. Özü də son 1 il üçün yox, daimi olaraq.(BakuPost.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top