"Bu boyda bir dünyamız işğal altındadır, yəqin ki, bu səbəbdən 28 aprel yada düşmür..." - Sabir Rüstəmxanlı

SİYASƏT 28 apr 2019, 22:28

Bu gün Azərbaycanın tarixində ən ağır günlərdən biri - İlk cümhuriyyətimizin Hitler faşizmindən əslində heç nə ilə fərqlənməyən bolşevik Rusiyası tərəfindən süquta uğradılması günüdür.


Təəssüf ki, bu tarix dövlət səviyyəsində rəsmi işğal günü kimi qeyd olunmur. Amma bir haqlı sual da yaranır ki, niyə siyasi partiyalar bu münasibətlə törənlər təşkil etmir, bu günü pisləyən bəyanatlar səsləndirilmir, cümhuriyyətçilərin ruhunu şad edən bu kimi tədbirlər gerçəkləşdirilmir, əvəzində hərə fb - də bir status yazmaqla işini bitmiş hesab edir.

 

Demokrat.Az xəbər verir ki, xalq şairi Sabir Rüstəmxanlı Moderator.az-a açıqlamasında bildirdi ki, əslində 28 aprel işğal günü qeyd olunmalıdır, amma müəyyən səbəblərdən bu günü qeyd etmirlər:

 

"28 aprel işğal günü əslində qeyd olunmalıdır, amma nədənsə buna fikir verən yoxdur. Bu gün hələ işğal davam edir, Qarabağ işğal altındadır. Bu gün Cocuq Mərcanlıdan gəlirəm. Bu boyda bir dünyamız işğal altındadır. Yəqin ki, bu səbəbdən 28 aprel yada düşmür. Amma hər halda bu cür işğal günlərimiz tarixdə var və bu belə günlər heç vaxt unudulmamalıdır. Əlbəttə, müəyyən bir rəsmi səviyyədə qeyd olunmalıdır". 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top