Azərbaycanda ən çox hesab ödəyən məşhurlar - SİYAHI

ŞOU-BİZNES 28 apr 2019, 20:57

Restoran sahiblərinin məşhurları görəndə düşündükləri ilk fikir "Bundan yaxşı pul çıxacaq" olur. Amma əksər hallarda nəticə fərqli olur. Hesaba qane olub ödəyənlər, pulu çatmayıb girov qalan məşhurlarımız da var. 

 

Görəsən, məşhurlar ən çox harada və nə qədər hesab ödəyiblər?

 

Demokrat.Az redaktor.az-a istinadən məşhurlar arasında keçirdiyi sorğunu təqdim edir: 

 

"Bu şəhərdə" kollektivinin baş prodüsseri və ssenaristi Müşviq Abbasov Londonda olarkən 12 nəfərə 8 000 manat hesab ödəyib.

 

Müğənni Niyam Salami indiyə qədər ən çox 2500 manat hesab ödəyib. O, bildirib ki, hər zaman olmasa da, arada dostlarla yığışanda hesab ödəyib.

 

Müğənni Elçin Hüseynovun ən çox ödədiyi məbləğ 2 000 manat olub.

 

Müğənni Elvin Abdullayev indiyə qədər ən çox Bodrumda olarkən hesab ödəyib. Sənətçi Türkiyə restoranlarında 1700 manat pul xərcləyib.

 

Əməkdar artist Ədalət Şükürov bildirib ki, Azərbaycanda ən çox 1500 manat, xaricdə isə bu yaxınlarda 362 dollar ödəyib. Özbəkistanda isə gələn hesab sənətçini narazı salıb. 

 

Gənc müğənni Ayaz Babayev şənliklərin birində 1200 manat xərcləyib.

 

Aktyor Müşviq Şahverdiyevin cavabı isə xeyli təəcübləndirici olub: "Bir müddət öncə Rusiyadan qonaqlarım gəlmişdi. Onlarla yeyib-içmək üçün restorana getdik. Düşündüm ki, yəqin hesab çox gəlməz, maksimum 300 manat olar. Amma 680 manat gəldi. Şoka düşdüm, çünki cibimdə o qədər pul yox idi. Restoranda saxladılar məni.

 

Axırda dostumu çağırdım: Gəl biabır olmuşam. Sağ olsun gəldi, yarı-yarıya hesabı ödədik".

 

Aşıq Zülfiyyə ailəsi və dostları ilə birlikdə yemək yeyib və 500 manat ödəyib.

 

Şairə Nazilə Səfərli isə qonaqlarına görə 483 manat ödəmək məcburiyyətində olub.

 

AzTV-nin solisti Nicat Cəfərzadə isə Azərbaycanda ən çox 250, xaricdə isə - Moskvada olarkən 300 dollar hesab verib.

 

Müğənni Kərim Abbasov ailəsi ilə Türkiyədə istirahət edərkən 320 dollar ödəyib.


Müğənni Əlikram Bayramov isə daha çox həmkarları ilə "yeyib-içməyi" xoşlayır. Onun ən çox ödədiyi məbləğ 400 manat olub.

 

Aktyor Elməddin Cəfərov sonuncu dəfə Türkiyədə olarkən təxmini 250 manat hesab ödəyib.

 

Müğənni Aslan Hüseynovun unutmadğı hesabı Qubada olub: "Bir dəfə dostumla Qubada kafelərin birində əyləşdik və qayğanaq yedik. Hesab gələndə isə çox təəccübləndim - 55 manat. Soruşdum ki, bu yumurta qızıldandır?"

 

 

Demokrat.Az

 

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top