Masazırda güllələnənlərlə bağlı SON XƏBƏR

KRİMİNAL 28 apr 2019, 14:41

Masazırda baş verən güllələnmədə xəsarət alan 3 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib.


Demokrat.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov məlumat verib.


Onun sözlərinə görə, xəstəxanaya yerləşdirilən şəxslər yüngül xəsarət alıb, həyatı təhlükələri yoxdur.


Qeyd edək ki, Abşeron rayonunun Masazır qəsəbəsində gecə saatlarında silahlı insident baş verib.


Hadisə nəticəsində 1994-cü il təvəllüdlü Kamran Qasımov, 1990-cı il təvəllüdlü Məmməd Talıbov və 1980-ci il təvəllüdlü Zaur Gəncəliyev çoxsaylı qırma yarası alıblar.


İlkin məlumata görə, atəş açan şəxs yaşayış komplekslərindən birinin komendantıdır. Hadisənin ilkin səbəbi olaraq mübahisə göstərilir.


Faktla bağlı təhqiqat aparılır.(Trend)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top