Tanınmış model podiumda öldü, şou zənn etdilər - Fotolar+Video

DÜNYA 28 apr 2019, 13:45

Braziliyalı model Tales Kotta San-Paulo şəhərində moda həftəsinin finalında podiumda dünyasını dəyişib.

 

26 yaşlı model moda nümayişi zamanı qəfil yıxılan Kottanın əvvəlcə şou göstərdiyi zənn edilib. Lakin daha sonra ağzından köpük gələn modelin öldüyü başa düşülüb.

 

Təcili yardım əməkdaşları Talesi xəstəxanaya çatdırsalar da, artıq gec olub. Modelin ölüm səbəbi dəqiq bilinmir.(qafqazinfo)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top