Masazırda komendant 3 nəfəri niyə güllələdi? - RÜŞVƏT DAVASI - ŞOK TƏFƏRRÜAT (FOTO)

GÜNDƏM 28 apr 2019, 11:34

Masazır qəsəbəsində baş verən silahlı insidentin şok təfərrüatı ortaya çıxıb.

 

Demokrat.Az xəbər verir ki, Bakupost.az-ın əldə etdiyi məlumata görə, "Yeni Bakı" yaşayış kompleksinin Ehtiram adlı komendantının törətdiyi cinayətin səbəbi puldur.

 


Belə ki, Ehtiramın güllələdiyi şəxslər maklerlərdir. Adıçəkilən şəxslər arasında ev alqı-satqısı ilə bağlı danışıq olub, Ehtiram onlardan əlavə faiz tələb edib və narazılıq yaşanıb.

 


Bundan sonra Ehtiram satılan evlə bağlı təmizlik kağızı adlanan sənədi maklerlərə verməkdən imtina edib və faizini tələb edib. Razılaşma əldə edə bilməyən Ehtiram silahını götürüb Masazıra maklerlərin ofisinə gəlib və onları orada güllələyib.

 


Bildirilir ki, Ehtiram Yusifov "İlin Dörd Fəsli" MMC tikinti şirkətinin sahibi Elnur Hüseynovun bibisioğludur. "Yeni Bakı"ya komendant təyin edildikdən bəri yaşayış kompleksində az qala hər gün davadır.

Əldə etdiyimiz məlumata görə, Ehtiramın Ruhiyyə adlı ikinci arvadı yaşayış kompleksindən ev satan maklerlərdən əlavə faiz tələb edirmiş. Şirkətin rəhbəri Elnur isə bütün bu məsələlərdən xəbərdar imiş və dayısının tərəfini tuturmuş.


Adıçəkilən yaşayış kompleksindən ev satan maklerlərin hamısı Ehtiram və Ruhiyyəyə 1500 manat pul ödəməliymiş.


O da bildirilir ki, "İlin dörd fəsli" şirkətinin vergidən yayınmaq üçün adıçəkilən yaşayış kompleksinin sakinlərinə "kupça" verməyi də müxtəlif bəhanələrlə uzadır.

 

Qeyd edək ki, Elnur Hüseynov Bakıdakı məşhur 3 korona" yaşayış kompleksinin də sahibidir. 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top